Məşhur futbolçuların meydandakı oyunu ilə yanaşı, şəxsi həyatı da daim medianın və azarkeşlərin diqqət mərkəzinədi. Belələrindən biri də Kriştiano Ronaldodu. Atdığı hər addım xəbər olan portuqaliyalı ulduzun bu dəfə yaşadığı ev gündəmə gəlib.
İtaliya mediasının məlumatına görə, Ronaldo nişanlısı Ceorcina Rodriges və 4 övladı ilə Turində sözün əsl mənasında bir sarayda yaşaır.
Ceorcina Rodrigesin tez-tez şəkillər paylaşdığı malikanənin iki girişi var. İki binadan ibarət olan villa kompleksində 8 yataq otağı, qapalı və açıq hovuz, yüksək səviyyəli idman və uşaqlar üçün oyun salonları var.