Kriştiano Ronaldonunun sevgilisi Corcina Rodriges hazırda dünyanın ən məşhur xanımlarından biridi.
Fanat.Az xəbər verir ki, onun həyatı portuqaliyalı ulduzu tanıyandan sonra bir anda dəyişib. Həmin vaxta qədər Madriddəki bir geyim mağazasının satış nümayəndəsi işləyən Rodriges Ronaldo ilə burda tanış olub.
İrina Şeykdən ayrıldıqdan sonra xoşbəxtliyi argentinalı modeldə tapan portuqaliyalı superstarın Rodrigeslə izdivacından Alana Martina adlı bir qızı da var.
Rodriges artıq məşhurluğu sayəsində pul qazanmağa başlayıb. O, son dövrlər tez-tez bir diş ağardıcı cihazın reklamını edir. Rodrigesin videolarını da paylaşdığı cihazın reklamından qazandığı məbləğ də açıqlanıb. Argentinalı modelin sadəcə bu reklam üçün həftəlik 300 min avro (təxminən 571 min manat) alır.
Hazırda instaqramda 16 milyona yaxın izləyicisi olan Corcina Rodriges paylaşımları ilə də diqqət çəkir. 25 yaşlı modelin fotolarını təqdim edirik:

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol