Məşhur müğənni Şakira şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, kolumbiyalı sənətçi "60 Minutes”a müsahibəsində "Barselona”nın futbolçusu Cerard Pikeyə ərə getmək istəməməsinin səbəblərini açıqlayıb.
Şakira bildirib ki, "arvad” statusu daşımaqdan qorxur: "Mən istəmirəm ki, o mənə arvadı gözü ilə baxsın. Qoy məndə öz rəfiqəsini, sevgilisini görsün. Mən onu barmaqlarımın ucunda saxlamaq istəyirəm. O başa düşməlidi ki, hər bir şey onun hərəkətlərindən asılıdı".
Qeyd edək ki, 42 yaşlı Şakira və 32 yaşlı Pike 10 ildir ki bir yerdə yaşayır. Cütlüyün iki uşağı var – 6 yaşlı Milana və 4 yaşlı Saşa.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol