Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Manə Mollayeva kişilərdən ibarət əsas yığmamızın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.
Fanat.Az xəbər verir ki, Rusiyanın "Ryazan" klubunun 21 yaşlı futbolçusunun toy mərasimi Bakıdakı şadlıq saraylarından birində təşkil edilib.
Toyda "tort kəsmə" mərasimində maraqlı anlar yaşanıb. Futbolçunun top formasında olan tortu kəsilən zaman Çempionalr Liqasının himni səsləndirilib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol