02:32 12.03.2020 1997

ÇL: "Liverpul" mübarizəni dayandırdı, PSJ 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, "Borussiya" PSJ-nin qonağı olub. Doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edən Dortmund klubu cavab matçı ərəfəsində müəyyən üstünlüyə sahib idi. Oyunda hesab 28-ci dəqiqədə açılıb. Neymar ev sahiblərini önə keçirib. Xuan Bernatın birinci hissənin sonlarında vurduğu qol isə qarşılaşmada sonuncu olub. 2:0 hesabı ilə qələbə qazanan PSJ iki oyunun ümumi nəticəsinə görə "Borussiya"nı 3:2 üstələyərək 1/4 finala yüksəlib.
 
"Liverpul" "Atletiko"nu qəbul edib. İlk matçda Dieqo Simeonenin yetirmələrinin 1:0 hesablı qələbəsi qeydə alınmışdı. Bu görüş də eyni hesabla yekunlaşıb. Amma ilk qarşılaşmadan fərqli olaraq, əsas vaxtda sevinən tərəf "Liverpul" olub. 43-cü dəqiqədə fərqlənən Corcinyo Veynaldum cütə tarazlıq gətirib. 90 dəqiqə ərzində başqa qol olmadığından, əlavə vaxta ehtiyac yaranıb. Əlavə vaxtda 4 qol vurulub. Əvvəlcə Roberto Firmino fərqi artırıb. Hər kəs "Liverpul"un mərhələ adladığını düşünsə də, "Atletiko" geridönüş etməyi bacarıb. Sonradan meydana daxil olan Markos Lyorente 97-ci dəqiqədə fərqi minimuma endirib. Əlavə vaxtın ilk hissəsinə artırılmış dəqiqələrdə isə ispan futbolçu dublunu rəsmiləşdirərək status-kvonu bərpa edib. Dieqo Simeonenin yetirmələri bununla da kifayətlənməyib. Oyunun son saniyələrində Alvaro Morata Madrid təmsilçisinin qələbə qoluna imza atıb. Beləliklə, iki oyunun ümumi nəticəsinə görə "Liverpul"u 4:2 hesabı ilə məğlub edən "Atletiko" adını qitənin ən güclü 8 komandası sırasına yazdırıb.

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 2:3 (əlavə vaxt)
Qollar: Veynaldum (43), Firmino (94) - Lyorente (97, 105+1), Morata (120+1)
Baş hakim: Denni Makkeli (Niderland)
"Enfild", Liverpul
İlk oyun - 0:1

PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0
Qollar: Neymar (28), Bernat (45+1)
Qırmızı vərəqə: Can (89)
Baş hakim: Entoni Teylor (İngiltərə)
"Park de Prens", Paris
İlk oyun - 1:2

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

Facebookdan bizi izləməyi unutmayın.
X