Anri diz çökdü və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə qaldı - VİDEO
"Monreal İmpekt" "MLS is Back" ("MLS qayıtdı") turnirində debüt matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Monreal"ın baş məşqçisi Tyerri Anri "Black Lives Matter" ("Qaradərililərin həyatı önəm kəsb edir") hərəkatına dəstək vermək üçün diz çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə qalıb. Fransız çalışdırıcının hərəkəti böyük maraqla qarşılanıb.
ABŞ-ın Minneapolis şəhərində baş verən hadisə zamanı polis məmuru Derek Şovin 8 dəqiqə 46 saniyə dizini afroamerikalı Corc Floydun boynuna dayamış və o, dünyasını dəyişmişdi. Floydun ölümündən sonra Amerikanın müxtəlif ştatlarında kütləvi etirazlar başlamışdı.
Qeyd edək ki, Anri MLS-də çalışan iki qaradərili məşqçidən biridi.
Fanat.Az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.