Ukrayna Premyer Liqasında Avropa Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya” pley-offun yarımfinal mərhələsi çərçivəsində bu gün "Mariupol”la üz-üzə gəlib.
Oyun "Mariupol"un 2:1 hesablı qələbəsiylə başa çatıb. Rəqibi finala çıxıbsa, "Aleksandriya” Avroliqaya vəsiqə şansını itirib.
Son vaxtlar zədə üzündən oynamayan Paşayev 46-cı dəqiqədə meydana çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol