Britaniya Qran-prisində "Reysinq Poynt"də Serxio Peresi Niko Hülkenberq əvəzləyəcək.
Fanat.Az xəbər verir ki, "Reysinq Poynt" saytı vasitəsilə bu barədə məlumat yayıb. Koronavirus testinin nəticəsi müsbət çıxan Peres Britaniya Qran-prisində iştirak edə bilməyəcək. Meksikalı pilotun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hülkenberq 2019 mövsümündən sonra "Formula 1"-lə vidalaşmışdı. O, 2014-2016-cı illər aralığında "Fors-İndiya"da Peresin komanda yoldaşı olub.
Fanat.Az