Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisindən imtina edib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə "sueddeutsche" nəşrinə açıqlama verib. Nazarov bildirib ki, koronavirus pandemiyası səbəbindən bu addımı atıb. "Yığmadan dəvət almışam, amma Bakıya yollanmayacam. Koronavirusa yoluxmalar çoxdu və təhlükəsizlik birinci yerdədi. Azərbaycan risk zonasındadı və uçuşlar o qədər də asan deyil. Bu səbəbdən millinin məşqçisi ilə evdə qalmağa qərar verdik. Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol