"Formula 1" üzrə İtaliya Qran-Prisində tribunalar boş qalmayacaq.
Fanat.Az xəbər verir ki, Monzada tamaşaçı qismində tibb işçiləri iştirak edəcəklər. Belə ki, "Ferrari” 250 tibb işçisini - COVID-19 infeksiyasına qarşı mübarizədə iştirak edən həkim və tibb bacılarını yarışa dəvət edib.
"Formula 1" İtaliya Qran-Prisi sentyabrın 4-6-da təşkil olunacaq.
Bu il ilk olaraq Mucelloda yürüş azarkeşlərin iştirakı ilə keçiriləcək. Yürüş sentyabrın 11-13-nə təsadüf edəcək.
Fanat.Az