"Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsində Türkiyə klubu "Sivasspor”a rəqib olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatına danışan klub rəsmisi püşkün nəticəsindən razı olduqlarını deyib.
"Sivasspor”a rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Yaşanan hadisələr səbəbindən belə bir oyun bizə motivasiya verəcək. Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən öndə gəlir. Futbol azarkeş üçün oynanılır. Çempionatda ehtiyatda bir oyunumuz var və 6-cı pillədə qərarlaşmışıq. Hədəfimiz son 7 mövsüm olduğu kimi, yenə çempion olmaqdır”, deyə Çəlikel qeyd edib.
Qeyd edək ki, "Qarabağ” İ qrupunda "Sivasspor”la yanaşı, "Vilyarreal” (İspaniya) və "Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq. Türkiyə klubu ilə oyunlar III və IV tura təsadüf edəcək.
Fanat.Az