19:05 22.11.2020 1228

Rəşad Sadıqov: "Qışda alınsa, onu gətirəcəm"

"Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük. Hər iki komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi". 

Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın X turunda evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, çempionatın iddialı və güclü komandalarından birini məğlub ediblər: "Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. "Keşlə"ni əks hücumda yaxalayırdıq. Qol epizodalarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik".

Sadıqov torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: "Hamımızın gözü aydın olsun. "Qarabağ"  öz meydanında oynaya bilmirdi. Bu beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandan, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar. Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı, torpaqları işğaldan azad etdik...Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam".

Sadıqov daha əvvəl koronavirusla bağlı problemlər yaşadıqlarını, hazırda isə hamının test nəticəsinin mənfi olduğunu diqqətə çatdırıb: "Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də iş çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir. Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay yoluxmuşdu və artıq sağalıb. Köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur".

Gənc mütəxəssis qapıçı Rəşad Əzizlidən razı qaldığını sözlərinə əlavə edib: "Heç kimin arasında fərq qoymuram. Hansısa elementlər qərara təsir edir. Mənim üçün birinci, ikinci qapıçı anlayışı yoxdur".

Sadıqov "Qarabağ"ın qapıçısı Emil Balayevlə bağlı yayılan transfer xəbərlərinə reaksiya verib: "Belə bir şey yoxdur. O, son illər ölkənin ən yaxşı qapıçılarındandır. Uyğunlaşmaq üçün vaxt lazımdır. "Qarabağ" hər zaman çempionluğa oynayan komandadır. Balayev çox yaxşı qapıçıdır. Onu hamı heyətində görmək istəyər. Amma transferlə bağlı deyilənlər real deyil".

Baş məşqçi qış transfer dönəmində heyətdəki dəyişikliklə bağlı hələ ki, düşünmədiyini bildirib: "Hazırda bütün fikrimi komandaya yönəltmişəm. 99 faiz hamıdan razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam. Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb edəcək. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan deyil. Hamı iddialdır və yuxarı yerlə uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq. Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm".(Sport24.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X