
Premyer Liqa klubları ilə yanaşı, əvəzedici heyətlər də qış hazırlıq prosesini yekunlaşdırıb. Fanat.az xəbər verir ki, fasilə müddətində heyətlərini gücləndirməyə çalışan "ikincilər" yoxlama oyunlarında da qüvvələrini sınayıblar.
Əvəzedici komandalar ümumilikdə 29 oyun keçirib. İki komanda - "Qəbələ" və "Xəzər Lənkəran"ın əvəzediciləri ölkə xaricinə üz tutub. Antalyaya yollanan "Qəbələ" burda Küveytin U-21 yığmasını yenib (1:0), Moskva "Lokomotiv"inin əvəzedicilərinə uduzub (0:2), "Antalyaspor"un A2 komandası ilə sülh bağlayıb (0:0).
"Xəzər Lənkəran" isə Rusiyanın Krımsk şəhərinə üz tutub və 4 oyun keçirib. Krasnodar vilayətinin gənclərdən ibarət yığmasına qalib gələn (1:0) təmsilçimiz "Fakel"in əvəzediciləri ilə sülh bağlayıb (1:1), Hollandiya "Vitess"inə (1:2) və Rusiya "Kuban"ına (0:3) uduzub.
Qış fasiləsində ən yaxşı nəticəni AZAL-ın göstərdiyini deyə bilərik. Belə ki, əvəzedicilərin çempionatında sonuncu pilləni tutan "təyyarəçilər" 3 oyunun hamısını qazanaraq 100 faizlik nəticə göstərib. Bununla da onlar rəmzi turnir cədvəlinə başçılıq edirlər. Əslində, "Rəvan" və "Bakı" da 100 faizlik nəticəyə imza atıb. Amma "Rəvan" 2, "Bakı" isə cəmi 1 oyun keçirib.
Əvəzedicilərin çempionatının lideri lideri "İnter" hamıdan çox - 5 oyuna çıxıb. 4 qələbə qazanan Rüstəm Əliyevin yetirmələri 1 heç-heçə edib. "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt" 4, "Qəbələ" 3, "Neftçi" 2, "Qarabağ" isə 1 oyuna çıxıb.
Çempionatda olduğu kimi fasilənin də ən məhsuldar komandası "İnter" olub. 18 turda 56 qol vuran "bankirlər" yoxlama oyunlarında 17 dəfə fərqləniblər. AZAL 3 oyuna 11 qol vurub. "Təyyarəçilər" məhsuldarlığa görə "İnter"i qabaqlayır. Belə ki, AZAL orta hesabla hər oyunda 3.6, "İnter" 3.4 qol vurub.
İnter (5 oyun)
İnter (U-19 komandası) 5:1, Sumqayıt (əvəzedici) 4:2, Qarabağ (əvəzedici) 1:0, MOİK (I divizion) 6:1, Şuşa (I divizion) 1:1
Simurq (4 oyun)
Karvan (I divizion) 1:1, Ağsu (I divizion) 0:0, Şahdağ (I divizion) 1:3, Turan-T (I divizion) 2:1
Qəbələ (3 oyun)
Lokomotiv (Moskva, əvəzedici) 0:2, Küveyt U-21 1:0, Antalyaspor (Türkiyə, əvəzedici) 0:0
Xəzər Lənkəran (4 oyun)
Fakel (Rusiya, əvəzedici) 1:1, Krasnodar gənclər yığması (Rusiya) 1:0, Vitess (Hollandiya, əvəzedici) 1:2, Kuban (Rusiya, əvəzedici) 0:3
Neftçi (2 oyun)
AZAL (əvəzedici) 2:4, MOİK (I divizion) 3:1
Rəvan (2 oyun)
Sumqayıt (əvəzedici) 2:1, Mil-Muğan (I divizion) 1:0
Qarabağ (1 oyun)
İnter (əvəzedici) 0:1
Bakı (1 oyun)
Lokomotiv (əvəzedici) 3:1
Sumqayıt (4 oyun)
İnter (əvəzedici) 2:4, Neftçala (I divizion) 0:1, AZAL (əvəzedici) 2:3, MOİK (I divizion) 1:1
AZAL (3 oyun)
Sumqayıt (əvəzedici) 3:2, Neftçi (əvəzedici) 4:2, MOİK (I divizion) 4:3
| № | Komanda | O | Q | H/H | M | T/F | X | Faiz |
| 1 | AZAL | 3 | 3 | 0 | 0 | 11-7 | 9 | 100 |
| 2 | Rəvan | 2 | 2 | 0 | 0 | 3-1 | 6 | 100 |
| 3 | Bakı | 1 | 1 | 0 | 0 | 3-1 | 3 | 100 |
| 4 | İnter | 5 | 4 | 1 | 0 | 17-5 | 13 | 90.0 |
| 5 | Neftçi | 2 | 1 | 0 | 1 | 5-5 | 3 | 50.0 |
| 6 | Qəbələ | 3 | 1 | 1 | 1 | 1-2 | 4 | 50.0 |
| 7 | Simurq | 4 | 1 | 2 | 1 | 4-5 | 5 | 50.0 |
| 8 | Xəzər L | 4 | 1 | 1 | 2 | 3-6 | 4 | 37.5 |
| 9 | Sumqayıt | 4 | 0 | 1 | 3 | 5-9 | 1 | 12.5 |
| 10 | Qarabağ | 1 | 0 | 0 | 1 | 0-1 | 0 | 00.0 |
Fanat.az