Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq "Qarabağ" - AEL matçına (ilk oyun - 1:1) bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, satışa çıxarılan 15000 biletin 7500-dən çoxu alınıb.
COVID-19 pandemiyası ilə əlaqədar görüşü tribunalardakı oturacaq sayının 50 faizi qədər azarkeş canlı izləyə biləcək.
Qeyd edək ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Nihat