12:10 14.08.2021 2827

"Uğursuzluğumdan çox, bəzi insanların fikirləri mənə pis təsir etdi" - Olimpiyaçımız

Azərbaycanı Tokio 2020 Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi İslam Abbasov Fanat.Az-a müsahibə verib. Minsk 2019 II Avropa Oyunlarının gümüş mükafatçısı Olimpiadadakı uğursuzluğundan, ətrafındakıların ona münasibətindən və gələcək planlarından danışıb.

- Sənə ümid bəsləyənlərin sayı az deyildi. Bəziləri hətta yarışların gizli favoriti qismində görürdü. Bəs nə baş verdi? Olimpiadada erkən məğlub olmağının səbəbini deyə bilərsən?

- Özüm də dəqiq deyə bilmirəm məndə nə çatmadı. Hamı bilir ki, ora necə hazırlaşıb getmişdim. Sadəcə, olmayanda olmur. Digər tərəfdən bir məqam məni çaşdırdı. Kubalı güləşçinin xalı gec əlavə olundu. Qarşılaşmanın gedişində qalib gəldiyimi düşünüb, taktikamı ona görə qurmuşdum. Beləliklə, hardasa 20-25 saniyəmi itirdim. 

İdmandır, içində qalibiyyət də var, məğlubiyyət də. Peşəkar idmançı gərək hər şeyə hazır olsun. Əslində, Olimpiadada uğursuzluğumdan da çox, ətrafımdakı bəzi insanların fikirləri mənə pis təsir etdi. 

- Nə dedilər?

- Dedilər ki, güləşin başını burax, get özünə ayrı iş tap. Mənim 30-35 yaşım yoxdur, cəmi 25 yaşım var. Bu yaşda adama elə söz deyərlər? Camaat 38-39 yaşında Olimpiya çempionu olur. Bizim Rafiq illərlə mübarizə apardı. Sözün düzü, başqa bacaracağım iş də yoxdur ki, həmin sahəyə yönəlim. Bundan sonra nə edə bilərəmsə, bu, sadəcə güləşməyimin sayəsində mümkün olar. Axıra kimi gedəcəyəm.

- Konkret ad çəkə bilərsən?

- İstəmirəm. Sadəcə deyim ki, nə vaxta qədər mənim çəkimdə Azərbaycanda daha güclüsü olmayacaqsa, qalıb güləşəcəyəm, bütün beynəlxalq yarışlara özüm gedəcəyəm.

- Əvvəlki formandan uzaq olduğunu, potensialından vaxtında istifadə edilmədiyini düşünənlər var. Bunlar barədə fikrin nədir?

- Tam olaraq elə olduğunu düşünmürəm. Amma onlara da hörmətlə yanaşıram. Hardasa haqlıdırlar. Rio Olimpiadasına getsəydim, bəlkə, yaxşı nəticə ilə qayıdardım. Ən azından ona görə ki, yeni sima idim, çoxları məni tanımırdı. Belə güləşçilər də bəzən sürpriz edə bilirlər.

- Güman ki, Olimpiya Oyunlarındakı uğursuzluğu tezliklə unutdurmaq istəyirsən. Cəmi iki ay sonra isə Osloda dünya çempionatı olacaq...

-  Gücümü, bacarığımı hamıdan əvvəl özümə sübut etməliyəm. Dünya çempionatında nəticə mənə hava-su kimi lazımdır. Səbirsizliklə o yarışı gözləyirəm. 

- Qarşıda çəki dəyişikliyi ehtimalı var?

- Xeyr. Ola bilər ki, tez-tez çəkisalma problemləri yaşamamaq üçün bəzi yarışları 97 kq-da güləşim, amma Paris Olimpiadasına indiki çəkidə - 87 kiloqramda hazırlaşmağı düşünürəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
18:45

Həkim baş məşqçinin bacarmadığını etdi

18:39

“Fire League”da pley-off oyunlarına start verildi

18:20

Azərbaycan millisi Macarıstana bu heyətlə yollanacaq

18:09

Türkiyə Kubokunun finalı bu stadionda keçiriləcək

17:50

İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

17:24

İngiltərə klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:02

Flikin "Bayern" rəhbərliyinə qoyduğu şərtlər bilindi - Onları da gətirəcək

16:45

Maria Stadnik ağır itki ilə üzləşdi

16:28

Simons PSJ-ni İspaniya nəhənginə dəyişmək istəyir

16:10

MY 1974-cü ildən bəri belə günə düşməmişdi

15:52

Sautgeyt MY-nin baş məşqçisi olacaq? - Özü dedi

15:32

Son turun təqvimi bilindi: "Qarabağ" bu arenada mükafatlandırılacaq

15:15

Məşhur futbolçunun əvəzinə qardaşı oynayıb - Klubunun aqibəti necə olacaq?

14:57

"Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək" - Adama Diakabi

14:39

“Mançester Yunayted” "Barselona" ilə ulduz mübadiləsi edir - Qrinvudun əvəzinə...

14:20

Final seriyasının təqvimi açıqlandı

14:04

Azərbaycan I Liqasında VAR-dan istifadə olunacaq

13:50

MY rəhbərliyi ənənəni bərbad mövsümə görə pozacaq

13:31

"Tottenhem"in ən böyük azarkeşi olacam" - "Arsenal"ın futbolçusu

13:13

Mamardaşvili oynamaq istədiyi klubun adını açıqladı

12:55

Şahruddinin klubu məşhur portuqaliyalını yola saldı

12:38

Bellingem komanda yoldaşını dünyanın ən yaxşısı adlandırdı

12:20

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

12:01

"Bayern Münhen" iki futbolçusunu yola salır - RƏSMİ

11:44

"Neftçi" üçün ilk, tarixdə 7-ci

11:27

"Qarabağ" klub rekordunu yenilədi

11:11

Ançelotti Kurtuaya: "Çox tərlədiyini görmədim" 

10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X