Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.
Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.
Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.
53 kq
Təsnifat: Elnurə Məmmədova - Otqontuya Çinbold (Monqolustan) 2:12
62 kq
1/4 final: Birgül Soltanova - Dilnaz Sazanova (Qırğızıstan) 9:7
1/2 final: Birgül Soltanova - Devi Sancu (Hindistan)
65 kq
1/8 final: Nigar Mirzəzadə - Noemi Şabados (Macarıstan) 7:5 (tuşe)
1/4 final: Nigar Mirzəzadə - Amina Kapezan (Rumıniya) 1:3
Mirağa