12:00 01.09.2021 813

Yenilməzlərin zəfər yürüşü

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında qələbə yürüşü davam edir. "Yenilməzlər zəfərə doğru" devizi ilə uzaq şərqə yola düşən idmançılarımız indiyədək 10-u qızıl olmaqla, 15 medal qazanıblar. Baş mükafatların sayı bunadək iştirak etdiyimiz 6 Paralimpiadada əldə olunanların toplamından da çoxdur. Nəticədə millimiz yeddi yarış günündən sonra dünyanın 163 ölkəsi arasında onuncu sırada qərarlaşıb. 

Rekord lisenziya sayı, heyətin bir sıra üzvlərinin əvvəlki yarışlardakı nəticələri Oyunlar ərəfəsi nikbin proqnozlar söyləməyə imkan yaratsa da, etiraf etmək gərəkdir ki, komandamızın bu dərəcədə uğurlu çıxış sərgiləməsi sürpriz oldu.

Zəfər yürüşünə ən böyük töhfə cüdoçularımızdan gəldi. Qadınlardan ibarət millimizin beş üzvündən dördü - Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Kişilərdən isə Vüqar Şirinli (60 kq) və Hüseyn Rəhimli (81 kq) yarışların qızıl, Namiq Abbaslı (66 kq) ilə İlham Zəkiyev (+100 kq) bürünc mükafatına yiyələndi. 

Qadınlardan ibarət millimizin baş mükafata sahib çıxan bütün üzvləri, həmçinin kişi cüdoçularımızdan üçü üçün Tokio 2020-nin ilk Paralimpiada olduğunu da vurğulamaq yerinə düşər. 

Azərbaycan Paralimpiya hərəkatının ən tanınmış siması, Afina 2004 və Pekin 2008-in qalibi İlham Zəkiyev dörd müxtəlif Paralimpiadada medal qazanan ilk idmançımız kimi tarixə düşdü.

Yekunda altı "qızıl" və iki "bürünc"lə Azərbaycan 41 iştirakçı ölkə arasında həm keyfiyyət, həm də kəmiyyət baxımından ilk yeri tutdu. Bütün dövrlərin sıralamasında isə ölkəmiz keyfiyyətə görə yalnız Yaponiyadan geri qalır. Millimizin hesabında 11, cüdonun banilərinin aktivində 12 qızıl medal var.

Hazırda davam edən və komandamızın ən iddialı olduğu növlərdən sayılan üzgüçülük və atletikada da idmançılarımız ümidləri artıqlamasıyla doğruldurlar. Hər iki növdə doqquz ildən sonra Paralimpiya Oyunlarının qızıl medalı hesabımıza yazıldı. Belarus əsilli üzgüçü Raman Saley 100 metr məsafəyə arxasıüstə və sərbəst üsulla üzmədə finişə birinci çataraq, ikiqat Paralimpiya çempionu adına yiyələnən üçüncü idmançımız oldu. Belə ki, bunadək İlham Zəkiyevdən başqa, hazırda atletika yığmasının baş məşqçisi postunu tutan Oleq Panyutin Oyunlarda iki dəfə çempionluq sevinci yaşamışdı. 

Atletikada hər iki qızıl medalın rekordla əldə olunması xüsusi qeyd edilməlidir. Nizəatmada F57 kateqoriyası üzrə yarışan Həmid Heydəri 51,42 metr nəticə ilə dünya, nüvəitələmədə F53 kateqoriyası üzrə mübarizə aparan Elvin Astanov 8,77 metr göstərici ilə Paralimpiya rekordu müəyyənləşdirdi. 

Pauerliftinq üzrə təmsilçimiz Pərvin Məmmədovun sürpriz "bürünc"ü də ölkəmiz adına tarixi ilklə əlamətdar oldu. 49 kiloqram çəki dərəcəsində yarışan 26 yaşlı idmançımız öz nəticəsi iıə Paralimpiadalarda medal qazandığımız növlərin sayını beşə yüksəltdi. 

Ancaq əfsus ki, digər pauerliftinqçilərimiz onlara bəslənən etimadı doğrulda bilmədilər. Eks dünya rekordçusu Elşən Hüseynovun (107 kq) ardıcıl ikinci Paralimpiya Oyunlarında sifariş etdiyi heç bir çəkinin öhdəsindən gələ bilməməsi xüsusilə təəssüf doğurdu. 

Qarşıdakı günlərdə mübarizəyə qoşulacaq və növbəti cəhdlərini edəcək idmançılarımıza da ümid yetərincədir.

Paralimpiadanın proqramına ilk dəfə salınan taekvondoda Röyalə Fətəliyeva, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli startı gözləyir. Atıcılıqda komandamızın ən təcrübəli üzvü, Sidney 2000 və Afina 2004 Paralimpiadalarının mükafatçısı Yelena Taranova və karyerasında ilk dəfə Oyunlara qatılan 29 yaşlı Kamran Zeynalov növbəti cəhdlərini edəcək. Taranova 25 və 50 metr, Zeynalov 25 metr məsafəyə atəşaçmada gücünü yoxlayacaq. Atletikanın uzunluğatullanma növündə Orxan Aslanov (T13), nizəatmada Orxan Qasımov (F13), nüvəitələmədə Samir Nəbiyev (F57) yarışacaq. 400 metr məsafəyə qaçışda ötən gün 100 metrdə gümüş medal qazanan Lamiyə Vəliyeva və dördüncü olan onun komanda yoldaşı Yuliya Yanovskaya yenidən start xəttində yer alacaq. Üzgüçülükdə isə Raman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə növbəti medalını qazanmağa çalışacaq. Həmin məsafədə digər təmsilçimiz 18 yaşlı Vəli İsrafilov da qüvvəsini sınayacaq.

Milli Paralimpiya yığmamızın ötən günlər ərzində görünən hazırlıq səviyyəsinə əsaslanaraq deyə bilərik ki, medallarımızın sayının 20-yə çatması kifayət qədər realdır.

Təxminlərə görə, millimiz sonda ən pis halda ilk "20-lik"də qərarlaşa bilər ki, bunun özü belə, ölkə adına olduqca yüksək göstərici sayılmalıdır. Buna qədər 6 Paralimpiadaya qatılan Azərbaycan komandası Oyunları ən yaxşı halda 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci sırada başa vurub (London 2012).

Şübhəsiz ki, Paralimpiadadakı nailiyyətlər sadəcə idman adına deyil, həm də sosial aspektdən olduqca əhəmiyyətlidir. İnanırıq ki, əldə edilən uğurlar ölkədə əlilliyi olan uşaq və gənclərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərə əsaslı töhfə verəcək. Paralimpiyaçılarımızın parlaq çıxışlarının o cümlədən 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş qəhrəman qazilərimizin bundan sonrakı həyat və fəaliyyətinə əlavə stimul və təkan verəcəyini gözləmək olar.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2024
17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

16:50

Məşhur hücumçu 100-ə yaxın insanı xilas etdi - TƏFSİLAT

16:35

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilindi

16:13

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

15:56

"Liverpul"un yeni baş məşqçisi bilindi - Özü açıqladı

15:37

Amorim növbəti mövsümə harada başlayacağını dedi

15:19

"Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz" - Mats Hummels

15:01

"Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram"

14:43

Lautaro Martines növbəti mövsümə harada başlayacaq? - Vitse-prezident açıqladı

14:25

Azərbaycan seçməsi Minskdəki son oyununda darmadağınla üzləşdi

14:08

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

12:49

Dörd illik diskvalifikasiya olunan Poqba özünə yeni iş tapdı

12:30

Moyesin gedəcəyi rəsmən açıqlandı

12:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:52

Bu gün Azərbaycan Kubokunun qalibi bilinəcək

11:34

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:38

Çempionlar Liqası: İlk finalçı müəyyənləşir - YENİLƏNİR

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X