10:40 02.09.2021 738

Rizvan Fərzəliyev: \"Barselona” ilə ilk oyunumuzu yaddan çıxarda bilmərəm\"

Dünən doğum günü olan “Araz-Naxçıvan” və Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə açıqlama verib. 

Fanat.Az
xəbər verir ki, 42 yaşlı futzalçı karyerası, UEFA Çempionlar Liqasında şərikli rekordu və sair məqamlarla bağlı maraqlı məqamlardan danışıb.

* UEFA Çempionlar Liqasında debüt oyunum 2003-cü ildə olub. Həmin vaxt yarış UEFA kuboku adlanırdı. AMMK-nın heyətində Latviyada “Oma” ilə matça çıxdım. Əlbəttə, ilk dəfə iştirak etdiyim turnirin həyəcanı var idi. Buna baxmayaraq, hesab yadımda qalmasa da, məğlub olmamışdıq (oyun 3:3 hesabı ilə yekunlaşıb). Qismətdən, rekordu təkrarlamağım da Latviya çempionu ilə dueldə baş tutdu. 

* 69 oyunun hər biri maraqlıdır. Xüsusi fərqləndirməyə qalsa, 2010-cu ildə UEFA kubokunun “Dördlər finalı”nda “Araz-Naxçıvan”ın heyətində bürünc medal uğrunda oyuna çıxdıq. İtaliya çempionu “Luparense” ilə matç heç-heçə başa çatsa da, penaltilər seriyasında biz dəqiq oynadıq və klub səviyyəsində ilk medalımızı qazandıq. Buna qədər keçirilmiş oyunlarda da qollar vurmuşdum. Ancaq həmin qarşılaşmada sonuncu penaltini dəqiq yerinə yetirməklə komandamıza qələbə qazandırmağın sevinci bir başqadır. 

* “Barselona” ilə ilk oyunumuzu da yaddan çıxarda bilmərəm. Hər zaman böyük futbolda bu komandanın adı gələndə həyəcanlanırdıq. Bu dəfə futzalda "Barselona" rəqibimiz oldu. Məncə, klub səviyyəsində ilk sürprizim bu komandaya qarşı oynamaq oldu. Özüm də böyük futbolda “Barselona”ya simpatiya bəsləyirəm. Təsəvvür edin, belə məqamda həmin klubun futzal komandası ilə rəqib olursan. 

* “Raba” ilə görüşdən əvvəl neçə matç keçirdiyimi bilmirdim. Yalnız oyun başa çatdıqdan sonra UEFA-nın göstəricisini öyrəndim. Əlbəttə, sevindirici məqamdır. Ancaq komandamın uğuru daha önəmlidir. İstərdim ki, əsas mərhələdə də komandama kömək edim. Allah zədədən uzaq eləsin. Bu götəricini daha da yaxşılaşdırmaq arzumdur. 

* Rekordunu təkrarladığım Lusio Belçika millisinin üzvü idi. Braziliya əsilli futzalçıya qarşı oynamışam. Bu görüş 2006-cı ildə baş tutub. Oyun rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatmışdı. Onda mən “Araz-Naxçıvan”da çıxış edirdim. Elit-raundun matçı idi. Səhv etmirəmsə, Lusio artıq karyerasını başa vurub. Oktyabrda bu göstəricidə rekordçu olmaq istəyirəm.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X