Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Keniyada keçirilən "Kip Keino Classic" turnirində mübarizə aparıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı idmançı mövsümün son yarışında 200 metr məsafəyə qaçış üzrə 20.38 saniyə nəticə göstərərək, finişə dördüncü çatıb.
Məsafənin qalibi isə 19.76 saniyə ilə ABŞ təmsilçisi Fred Kerli olub.
Qeyd edək ki, 20.38 Quliyevin mövsümdə ikinci ən yaxşı göstəricisidir.
Sahib Əsədbəyli