19:59 26.09.2021 390

Nəzəriani və Yusubov dünya ikincisi oldu

Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.

Omid Kamaliağdam C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan Omid Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək Dünya Seriyasının sonuncu - 4-cü mərhələsini bürünc medalla başa vurub.

İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən İbrahim həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.

A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani Yunanıstanın 2 güləşçisiylə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən Oyan finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.

Beləliklə, İyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə Dünya Seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olub. Onu da nəzərinizə çatdıraq ki, bu 2 güləşçi ilk mərhələdə iştirak etməmişdi.  

80 kq
C qrupu

1-ci görüş: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
2-ci görüş: Omid Kamaliağdam – Radu Huhulea (Rumıniya) 3:0
3-cü görüş: Omid Kamaliağdam – Edmilson Qomes (Portuqaliya) 3:0
1/2 final: Omid Kamaliağdam – Vasili Mixaylov (Ukrayna) 1:3
Bürünc medal görüşü: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1

90 kq
Təsnifat: İbrahim Yusubov – Georgios Tsaknakis (Yunanıstan) 2:1
B qrupu
1-ci görüş: İbrahim Yusubov – Mixeil Tsikovani (Yunanıstan) 3:0
2-ci görüş: İbrahim Yusubov – Məhəmməd İnam (Pakistan) 0:3
3-cü görüş: İbrahim Yusubov – Aleksey Yakovçuk (Ukrayna) 3:1
1/2 final: İbrahim Yusubov – Mahmut Seyfi Özkaya (Türkiyə) 3:0
Final: İbrahim Yusubov – Dato Marsaqişvili (Gürcüstan) 3:1

+90 kq
A qrupu

1-ci görüş: Oyan Nəzəriani – Konstantinos Fotiadis (Yunanıstan) 5:0
2-ci görüş: Oyan Nəzəriani – Axilles Xrisidis (Yunanıstan) 5:1
3-cü görüş: Oyan Nəzəriani – Eduardo Qiqliotti (İtaliya) 3:0
1/2 final: Oyan Nəzəriani – Vasile Karas (Rumıniya) 3:0
Final: Oyan Nəzəriani – Mamuka Kordzaya (Gürcüstan) 2:0

Qeyd edək ki, Dünya Seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

Facebookdan bizi izləməyi unutmayın.
X