19:00 27.09.2021 508

Klub loqotiplərinin keçdiyi yollar - FOTOLAR

Hər bir futbol klubunun təmsil etdiyi şəhərə, əyalətə və ya təxəllüsünə uyğun loqotipi mövcuddur. Zaman keçdikcə geyim forması kimi loqotiplərdə müasir üsluba uyğun olaraq dəyişikliyə məruz qalır.

Fanat.Az Avropanın aparıcı klublarının emblemlərindəki dəyişikliklərə tarixi baxışı təqdim edir:

Barselona 

İspan klubunun loqotipi bir neçə hissədən ibarət qazanı xatırladır. Loqotipin yuxarı hissəsində iki bayraq - müqəddəs Corc və Kataloniya bayrağı əks olunub. Mərkəzi hissədə isə klubun adı yazılıb (FCB - Futbol Club Barcelona). 

Loqotip elə də nəzərəçarpacaq dəyişikliklərə məruz qalmayıb. Loqonun müasir dövrümüzə qədər forlmalaşmasında yalnız onun kənarında olan qanadlar yoxa çıxıb. Sonuncu dəyişiklikdə həm də rəng calarlarında kiçik artım olub.

Real Madrid 

Klubun ilk emblemi ağ fonda yerləşdirilmiş mavi rəgli M (Madrid), C (klub) və F (futbol) hərflərinin birləşməsindən ibarət idi. Bir neçə onilliklər sonra loqotipə şəhərin atributları və müasir üslub əlavə olundu. Müharibə illərində isə loqotipin üzərindəki tac yoxa çıxmışdı. Buna səbəb II Dünya müharibəsində monarxiya əleyhinə olan aksiyalar idi. Bunun əvəzinə loqotipin üzərində klubun tarixi Kastilya bölgəsinə aid olduğunu bildirən tünd göy xətt peyda oldu.

Mançester Yunayted 

Mançester şəhərinin gerbi, MY-in XX əsrin 60-cı illərinə qədər ilk tam hüquqlu loqotipi olaraq istifadə edilirdi. Klubun özünəməxsus loqosu isə 1968-ci ildə yarandı. Elə də güclü dəyişikliyə məruz qalmayan loqotipdə əvvəlcə şeytanı üç diaqonal xətt əvəz edirdi. Xətlər şəhərdən keçən üç çayı əks etdirirdi. 1973-cü ildən sonra isə komandanın təxəllüsü olan "qırmızı şeytan" nəhayət loqoda yer alır.

Çelsi

Klubun ilk loqosu, yeri gəlmişkən, formaya heç zaman tikilməyən təqaüdçünün şəklindən ibarət idi. Bundan sonra klubun ilk təxəllüsü "təqaüdçülər" (The Pensioners) olmuşdu. Daha sonra loqotipdə üç nəzərə çarpacaq rebrendinq işləri görüldü: Əvvəlcə loqonun mərkəzində şir peyda olur, 80-ci illərdə marketoloqların tələbi ilə loqotip abreviatura halına gəlir və şir qırmızı rəngdə təqdim olunur, nəhayət 2000-ci illərdə rəhbərlik daha modern üslubda 50-illərin loqosunu təkrar edir.

Arsenal

"Topçular"ın embleminin ilk versiyası, futbol klubunun yarandığı Londonun Vulviç bölgəsinin (o dövrdə silah istehsalı ilə məşhur bölgə) gerbini əks etdirirdi. İllər keçdikcə loqotipdə olan top daha gözəl və müasir formada əks olunmağa başladı. 

Liverpul

"Qırmızılar"ın bütün emblemlərində yalnız klubun deyil, bütün şəhərin simvolu olan qırmızı quş Liverbördün (Liverbird) təsviri var. Maraqlısı budur ki, 1940-80-ci illər arası olan loqotip "Liverpul"un əzəli rəqibi "Mançester Yunayted"in emblemini xatırladırdı.

Klub azarkeşlərinin xahişi ilə 2012-ci ildən etibarən klubun formasına rəsmi emblem deyil, altında LFC (Liverpool Football Club) hərfləri olan tarixi quşun təsviri istifadə olundu. 2017/18 mövsümündə isə komandanın 125 illiyinə həsr olunmuş loqo istifadə edildi. 

Bayern Münhen

Münhen klubunun embleminin ilkin versiyası mavi rəngli hərflərdən - FCBM (Fußball-Club Bayern München) ibarət olub. Zaman keçdikcə "Bayenr Münhen"in emblemi ənənəvi Bavariya rənglərindən ibarət bir dairəyə çevrilir: qırmızı, mavi və ağ. II Dünya Müharibəsi dövrlərində klubun əsas hissəsini nasizm və Nasist Almaniyasının simvolu olan svastika təşkil edirdi. Daha sonra loqotip bir neçə üslub dəyişikliyinə məruz qalır (əvvəllər əsas rəngi mavi idi) və 1961-ci ildə müasir bir görünüş əldə edir.

PSJ 

Gənc olmasına baxmayaraq Fransa klubu 7 dəfə loqo dəyişikliyi edib. Emblem 70-ci illərin əvvəllərində içərisində şəhərin simvolu qırmızı gəmi olan xallı mavi top idi.1972-ci ildə dizaynerlər bütün gələcəkdəki dəyişikliklərin əsasını təşkil edən bir versiya hazırlayır: altında beşik və zanbaq olan qırmızı Eyfel Qülləsi. 1992-ci ildə cəmi 4 il aktual olan PSJ abreviaturası istifadə olunur. 1996-cı ildən isə Qüllə versiyası zamının tələbi ilə daha da müasir üslubda dəyişməyə başlayır.

Yuventus

Turin klubunun gerbinin ilkin versiyasını ağ-qara zolaqlar və zebra təşkil edib. 1977-ci ildən 1989-cu ilədək loqo iki fərqli üslubda istifadə olunurdu. 1989-cu ildə klub rəhbərlərinin tələbi ilə dizaynerlər tarixi versiya üzərində işləyib, onu daha müasir formaya gətirir və 2017-ci ilə qədər "Yuventus" həmin loqotiplə tanınır.

2017-ci ildə isə klubun prezidenti Andre Anyelli olduqca müasir bir üslubda yeni loqotip sifariş edir. Klubun adının baş hərfindən ibarət olan bu loqo uzun müddət qalmaqallara səbəb olur. 


Milan

Görünüşünü 18 dəfə dəyişən "Milan"ın embleminin üzərində bir zamanlar qırmızı şeytan şəkli əks olunurdu. Gerbdəki müqəddəs Corc bayrağı isə klubun ingilislər tərəfindən yaranmasına işarədir.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

Facebookdan bizi izləməyi unutmayın.
X