17:54 05.10.2021 355

Dünya üçüncüsü güləşçimiz: "Hədəf Paris-2024-dür"

"2018-ci ildə Budapeştdə keçirilən mundialda 74 kq-da debüt etmişdim. Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım. Əlbəttə, Azərbaycana bürünc medal qazandırdığım üçün şadam. Millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız mən idim. Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. İnşallah, növbəti dünya çempionatında medal qazanarlar"

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanan sərbəst güləşçimiz Abubakr Abakarov deyib.

22 yaşlı idmançı növbəti hədəfinin "qızıl" olduğunu bildirib:

"Yarımfinalda Devid Teylora uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu. Çalışacağam ki, növbəti dəfə bürünc medalı qızılla əvəzləyim. Bu yarışa hazırlaşmaq üçün bir neçə təlim-məşq toplanışı keçmişdik. Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf sözsüz ki, Paris-2024 Olimpiadasıdır. Gənclərdən qurulmuş heyətimizlə Olimpiya Oyunlarına 100 faiz hazır olmalıyıq”.

Dünya çempionatında üçüncü yeri tutan digər sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) da uduzduğu rəqibin gücünü vurğulayıb:

“Dünya çempionatında bürünc medal qazandığım üçün çox sevinirəm. Şadam ki, məşqçilərimizin etimadını doğrultdum. Düzdür, çempion olmaq istəyirdim. Ancaq alınmadı. Növbəti dəfə qızıl medal əldə etməyə çalışacağam. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, Məhəmməd Qurbanov həm fiziki cəhətdən güclü, həm də təcrübəli güləşçidir. Texniki detallara və digər amillərə görə ondan geri qaldığımı düşünmürəm. Sırf fiziki göstəricələrə görə Qurbanova məğlub oldum”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X