19:55 08.10.2021 890

DÇ: Güləşçimizi finala buraxmadılar

Yunan-Roma güləşçimiz Murad Məmmədov dünya çempionatında yarımfinal görüşünə çıxıb

Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan "klassik" qırğızıstanlı Jolaman Şarşenbekovla üz-üzə gəlib. 26 yaşlı idmançımız ötən il fərdi Dünya Kubokunun qalibi olan rəqibinə 2:4 hesabı ilə uduzub.

Murad sabah bürünc medal uğrunda görüşə çıxacaq.

***16:07

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov dünya çempionatının yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, mundialın yeddinci yarış günündə 60, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

60 kq-da yarışan Murad Məmmədov ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. Məmmədov 1/4 finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib.

Murad Lokyayev (97 kq) startda İsveç güləşçisinə qalib gəlib. Ancaq ikinci görüşdə Litva idmançısına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Beka Kandelaki (130 kq) Çexiya təmsilçisini elə ilk hissədə xalçadan məyus yola salıb. Millimizin üzvü 1/4 finalda son Olimpiadanın gümüş medalçısı Yakobi Kajaya ilə bacarmayıb.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan) 3:0
1/8 final: Murad Məmmədov - Aydos Sultangali (Qazaxıstan) 6:1
1/4 final: Murad Məmmədov - Ayata Suzuki (Yaponiya) 5:1 (tuşe)
1/2 final: Murad Məmmədov - Jolaman Şarşenbekov (Qırğızıstan)

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç) 8:2
1/8 final: Murad Lokyayev - Vilius Laurinaitis (Litva) 1:1*

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya) 9:0
1/4 final: Beka Kandelaki - Yakobi Kajaya (Gürcüstan) 1:5

***10:15

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

60 kiloqram çəki dərəcəsindəki milli üzvü Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.

Murad Lokyayevin (97 kq) də ilk görüşü təsnifata təsadüf edəcək. Legioner güləşçi Pontus Lundla (İsveç) qüvvəsini sınayacaq. Digər legioner Beka Kandelaki (130 kq) isə 1/8 finalda Stepan Davidlə (Çexiya) qurşaq tutacaq.

Təsnifat mərhələsinə Bakı vaxtı ilə 12:30-da start veriləcək. Yarımfinallar 18:45-də başlayacaq.

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

97 kq
Təsnifat: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X