Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib.
Fanat.Az xəbər verir ki, 82 kq çəki dərəcəsində qızıl medal qazanan 33 yaşlı "klassik" "Ata, oğlun dünya çempionudur" deyib.
Qeyd edək ki, idmançının atası Radik Hüseynov uzun illərdir güləş məşqçisi kimi çalışır. O, həm də dünya çempionumuzun şəxsi məşqçisidir.