Azərbaycanın daha 3 qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, onların hamısı ilk görüşlərində uduzublar.
Tatyana Varansova (53 kq) təsnifatda Yekaterina Verbinaya (Rusiya), Jalə Əliyeva (62 kq) Anna Fabiana (Serbiya), Birgül Soltanova (65 kq) isə 1/8 finalda Ayna Temirtassovaya (Qazaxıstan) məğlub olub.
Soltanovanın uduzduğu Qazaxıstan idmançısı növbəti mərhələdə yenildiyindən, idmançımızın yarışla vidalaşacağı rəsmiləşib. Digər təmsilçilərimizin uduzduğu rəqiblər isə axşam seansında yarımfinal görüşlərinə çıxacaqlar. Onlar finala çıxacaqları təqdirdə, Tatyana və Jalə sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, ötən gün Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) da ilk görüşlərdə uduzaraq yarışı medalsız başa vurub.