
DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.
Fanat.Az "Veçerne novosti" nəşrinə istinadən xəbər verir ki, yığma üzvlərinə ümumilikdə 1 milyon avro ödəniləcək.
Sözügedən ölkənin prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.
Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə qazanıb.