Dekabrın 7-dən 17-dək Özbəkistanın paytaxtı Daşkənddə ağır atletika üzrə dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası kişi və qadınların bütün çəki dərəcələri üzrə mundialda iştirakını təsdiqləyən ölkələrin siyahısını dərc edib. Azərbaycan komandası yarış üçün heç bir idmançı sifariş verməyib.
Qeyd edək ki, ölkəmizin ağır atletləri sonuncu dəfə iki il əvvəl Tailandın Pattaya şəhərində təşkil olunan dünya çempionatında çıxış ediblər. Orada üç idmançımız mübarizə aparıb.
Sahib