14:28 22.12.2021 514

\"Ümid edirik ki, maddi problemlərlə üzləşməyəcəyik\" - AÇIQLAMA

"Bu il keçirilən Yay Olimpiya Oyunları, dünya, Avropa çempionatları və I MDB Oyunlarında güləşçilərimiz üst-üstə 22 qızıl, 23 gümüş, 44 bürünc medal qazanıblar. MDB Oyunlarında Azərbaycanın hesabına yazılan 40 medaldan 16-sı güləşin payına düşdü. Beləliklə, güləş yenidən ölkədə ən məhsuldar idman növü olduğunu təsdiqlədi".

Bunu Fanat.Az-a ilin yekunları ilə bağlı danışarkən, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı deyib.

Qurum rəsmisi 23 iyul - 8 avqust aralığında Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları istisna olmaqla, il ərzində göstərilən nəticələrin qənaətbəxş olduğunu söyləyib:

"Builki U-23 DÇ-də Azərbaycan medalların əyarına görə dünya üçüncüsü oldu. Həmçinin böyüklərdən ibarət yunan-Roma yığması uzun fasilədən sonra mundialı ilk "3-lük"də tamamladı. Norveçdə təşkil olunan dünya çempionatının yekunlarına əsasən, həm yunan-Roma, həm də sərbəst güləş millimiz gələn il baş tutacaq dünya kubokuna vəsiqə qazandı. Xüsusi vurğulamaq istəyirəm ki, yeniyetmələrdən ibarət yunan-Roma güləşi millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında komanda hesabında bütün rəqiblərini üstələdi.

Ümumi götürəndə, Olimpiada istisna olmaqla, nəticələrimiz kifayət qədər qənaətbəxş oldu. Bir çox yarışlarda əvvəllər imza atılmayan nəticələr qeydə alındı. Olimpiadada isə ən azından bir dəst medal gözləyirdik. Təəssüf ki, Hacı Əliyev son anda "qızıl"ı əldən verdi, Şərif Şərifov, İslam Abbasov kimi medal gözlədiyimiz idmançılar isə ümidləri doğrultmadı.

İlin sonunda iki illik aradan sonra Azərbaycan çempionatı keçirildi. Deyərdim ki, pandemiyadan sonrakı ilk yarışımız kifayət qədər maraqlı alındı. Bildiyiniz kimi, hər Olimpiadadan sonra komandaların yenilənməsi prosesi başlayır. Ölkə çempionatının medalçıları yığmalara cəlb olunur".

Sözçü iqtisadiyyat naziri Mikayıl Cabbarovun federasiyaya rəhbər seçilməsi ilə qurumda uzun müddət davam edən maddi problemlərin arxada qalacağına, güləşin qarşıdakı Olimpiya tsiklində daha yaxşı nəticələr göstərəcəyinə inam ifadə edib:

"2022-də illlik yarışlardan başqa, ola bilər ki, Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları da keçirildi. Yarış baş tutsa, güləş də onun proqramında yer alacaq. Dünya kubokunda hər iki növ üzrə ən azından ilk "3-lüy"ə düşməyi hədəfləmişik. Həmçinin bütün yaş qrupları üzrə, eləcə də böyüklər arasında dünya və Avropa çempionatlarında həmişəki kimi ən yüksək yerlər uğrunda mübarizə aparacağıq.

Sözsüz ki, əsas hədəf Paris-2024-lə bağlıdır. Tədricən Olimpiada üçün heyət formalaşdırılmalıdır. Bu baxımdan qarşıdakı reytinq turnirlərinin də əhəmiyyəti böyük olacaq. Fevralda artıq onlardan ikisi keçiriləcək. Biri İtaliyada, digəri isə Türkiyədə baş tutacaq. Bütün bu yarışlar 2023-cü ildə lisenziya turnirlərində iştirak edəcək idmançıların müəyyənləşdirilməsində önəmli rol oynayacaq. O cümlədən, Paris oyunlarında iştirak etməsi nəzərdə tutulan gənc idmançıların təcrübə toplamasına kömək edəcək".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X