19:30 25.12.2021 1626

\"Prezidentin sözləri məni yuxudan ayıltdı\" - MÜSAHİBƏ

Bu həftə "Şiltgem" komandasının heyətində Fransa çempionatının gümüş medalını qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü İslam Abbasov Fanat.Az-a müsahibə verib.

Yarış haqda təəssüratlarını bölüşən "klassik" güləşsevərləri maraqlandıracaq digər məsələlərdən də danışıb.

- İslam, Fransadakı çıxışın və ümumilikdə turnir barədə ətraflı məlumat verərsən.
- Artıq dördüncü ildir ki, "Şiltgem" klubunun üzvüyəm. Bunadək yalnız ötən il pandemiya səbəbindən çempionat keçirilməmişdi. Digər illərdə baş tutan yarışların hamısında mübarizə aparmışam. Ancaq bu, komanda ilə ilk medalım oldu. Yarış dairəvi sistem üzrə təşkil olunmuşdu. Komanda dörd görüş keçirib, üçündə qalib gəldi. Fərdi nəticəmə gəldikdə, ümumilikdə 8 dəfə xalçaya çıxıb, hamısında üstün oldum.

- Yarışda titullu idmançılardan kimlər iştirak edirdi?
- Fransalı dünya çempionu Melonin Numonvi, sərbəst güləşçilərdən gürcüstanlı dünya çempionu Beka Lomtadze, gənclər və 23 yaşlılar arasında dünya çempionatının mükafatçıları yarışırdı.

- İl ərzində baş tutan əsas yarışlarda - Olimpiada və dünya çempionatında uğursuzluqla üzləşmişdin. İlin sonunda qazandığın bu nailiyyət nəyi dəyişdi?
- Ardıcıl uğursuzluqlar mənə çox pis təsir etmişdi. İdman bizim yeganə işimizdir. Nəticə qazana bilməyəndə il ərzində çəkilən əziyyət tamam hədər olur. Sanki bütün zamanını boş-boşuna keçirmisən. Ona görə əhvalım tamam korlanmışdı, boşluğa düşmüşdüm. Belə günlərin birində zəng edib məni dövlət başçısı ilə doğma Qubadlıda təşkil olunan görüşə dəvət etdilər. Orada cənab Prezident İlham Əliyevin haqqımda bildirdiyi xoş sözlər, "səni tanıyıram" deməsi məni sanki pis bir yuxudan ayıltdı. Bu yarışın fasiləsində ölkə çempionatına qatıldım, orada rəqibləri hiss etmədən qalib oldum. Hamısını tam üstünlüklə yendim. Ardınca da qeyd etdiyimiz kimi, qayıdıb Fransada yer tutdum. Artıq öz gücümə inamım əvvəlkindən də çoxdur.

- Yarışda erməni güləşçilərlə qarşılaşmalarda qazandığın qələbələr xüsusən maraq kəsb elədi. Bilirik ki, digər idmançılar kimi, hətta daha çox bu görüşlərə prinsipial yanaşırsan...
- Nə qədər "bu, idmandır" desək də, ortada böyük prinsip olur. Uduzanda adam özünü ikiqat narahat hiss edir. Bunadək dəfələrlə ermənilərlə üz-üzə gəlmişəm, yalnız bir dəfə uduzmuşam. Hansı ki, bilirəm, məhz o görüşdən sonrakı emosional reaksiyamı nəzərdə tutub mənim daha prinsipial yanaşdığımı dediniz. Onda özümü bağışlaya bilmirdim.

- Əvəzində onların dünya çempionu Maksim Manukyanı tam üstünlüklə yenmisən.
- Bundan sonra da hansı yarışda olmasından asılı olmayaraq onlarla qarşılaşsam, var gücümlə güləşəcəyəm. 

- İslam, yəqin, bunu da bilirsən ki, güləşsevərlərin səndən gözləntiləri həmişə böyük olub. Böyüklərdə Avropa çempionatı və Avropa Oyunlarının gümüş medalçısı olsan da, demək olar, hər kəs bu nəticələrlə potensialını tam ortaya qoymadığını düşünür. Biz səbəbi ilə bağlı yığmanın məşqçisi Həsən Əliyevə sual verəndə, o, demişdi ki, İslam əvvəlki kimi məşq eləmir. Münasibətin maraqlıdır.
- Bilirsiz, uduzanda adamın arxasında duran olmur. Bunu Həsən Əliyevə görə demirəm, ümumiyyətlə, belədir. Həsən illərin təcrübəsinə sahibdir, indi də məşqçi kimi özünü göstərir. Elə deyibsə, yəqin ki, özünə görə haqlı səbəbləri var. Amma mən zəif məşq etdiyimi düşünmürəm. İdmandır, nəticə belə də olur, elə də.  Hələ də heç nə üçün gec deyil. Yarışdan öncə konkret söz verməyi xoşlamıram. Ancaq Macarıstanda keçiriləcək Avropa çempionatında yaxşı nəticə qazanıb hamını sevindirməyə çalışacağam.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X