Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, ikinci turun matçları yanvarın 14-də təşkil olunacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək. 18:00-da isə UNEC – “Murov” oyunu başlayacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.