Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində keçirilən ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Kolesnik finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.
O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb