
Futbol üzrə Portuqaliya çempionatında 20-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası - “Tondela” da növbəti matçına çıxıb.
Eyniadlı şəhərin təmsilçisi “Portimonense”nin qonağı olub və 2:1 hesablı qələbəyə sevinib.
Renatın adı oyunun iştirak ərizəsinə salınmayıb.
20 tura 20 xal toplayan “Tondela” turnir cədvəlində 18 kollektiv arasında 11-ci pillədə mövqe tutub.