
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçməyə yaxındır.
Fanat.Az "sport.tvp.pl" saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi hücumçunun transferini 24 saat ərzində açıqlayacaq.
Paytaxt klubu 25 yaşlı forvardı İspaniya "Sevilya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunlarına sifariş etmək istəyir.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir azarkeşlərin məlum hücumu nəticəsində xəsarət və psixoloji zərbə aldığını əsas gətirərək komandanın təlim-məşq toplanışına qatılmayıb.