
"ASCO Arena”nın direktoru Yalçın Məmmədov postundan ayrılıb.
Fanat.az-ın əldə etdiyi məlumata görə, Məmmədov ümumiyyətlə futbol təsərrüfatında çalışmamağa qərar verib.

Arena müvəqqəti olaraq inzibatçı Mehman Kərimova tapşırılıb.
Qeyd edək ki, Yalçın Məmmədov avqustda bu posta təyin olunmuşdu. O, beş ay əvvəl "Azərxalça"ya menecer yollanan Rza Həsənovu əvəz etmişdi.
Mirağa