13:56 15.02.2022 976

"Ondan güc alıram" - Bakıda tarixi uğura imza atan Selcanla MÜSAHİBƏ

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku turnirinin gümüş medalçısı Selcan Mahsudovanın Fanat.Az-a müsahibəsi

- Selcan, Azərbaycan tarixində ilk qadın batut gimnastı olaraq Dünya Kubokunda fərdi yarışda mükafat əldə etdin. Bu tarixi uğurun müəllifi kimi özünü oxucularımıza yaxından tanıdarsan.
- 2003-cü ildə Bakıda anadan olmuşam. Gimnastika ilə 7 yaşımdan məşğul oluram. Anamın xalası vaxtilə akrobatika gimnastikası ilə məşğul olub. Yəni nəsildə gimnastika ənənəsi var. Amma mən əvvəlcə tamblinqdə özümü sınamışam. Təxminən beş il bu növə getmişəm. Sonradan müəllimlər qərarlaşdırdı ki, batutda özümü yoxlayım. Sonrakı nəticələr, xüsusən Bakıdakı medal göstərdi ki, keçidim uğurludur.

- Yarışdan öncə mükafatçılar sırasına düşəcəyinə əminlik var idi?
- Əslində, yarış ərəfəsi mənim üçün yaxşı keçmədi. Dünya Kubokuna iki həftə qalmış səhhətimdə problem yarandı. Son hazırlıq prosesi cəmi dörd-beş gün çəkdi. Amma əmin idim ki, yaxşı nəticə göstərə biləcəyəm. Çünki ümumi hazırlığım yaxşı səviyyədə idi.

- Dünya Kuboku yeni qaydalarla təşkil olunmuşdu. Bu, sənə çətinlik yaratmadı?
- Xeyr. Deyərdim ki, yeni qaydalar əsasında çıxış etmək daha rahatdır. Çünki indi bizə təsnifat mərhələsində çıxış üçün iki dəfə şans verilir. Bu isə idmançının özünəinamlı çıxış etməsi baxımından bir sıra üstünlüklər yaradır. Məsələn, birinci dəfə çıxışın istədiyin kimi alınmırsa, ikinci dəfə proqramı daha rahatlıqla icra edə bilərsən.

- Medalını kimə həsr edirsən? 
- Medalımı dünyadan köçmüş nənəmə həsr edirəm. Onun mənim böyüməyimdə, idmanı davam etdirməyimdə çox böyük zəhməti olub.

- Kiçik qardaşın Maqsud Mahsudov da batut gimnastıdır. Ötən ilin sonunda Bakıda keçirilən dünya yaş qrupları yarışında ölkəmizə yeganə qızıl medalı qazandırmışdı. Uğurlarınızda bir-birinizin rolu nə dərəcədədir?
- O, məndən dörd yaş kiçik olsa da, batuta daha əvvəl, təxminən bir ay öncə başlayıb. Əlbəttə, birimizin uğuru digərimizi də qələbəyə ruhlandırır. Deyərdim ki, qardaşım mənə psixoloji cəhətdən çox kömək olur. Onun adicə tribunada əyləşib yarışımı izləməsi mənə çox şey verir. Məni sakitləşdirir, bacaracağıma inandırır. Ondan güc alıram. Maqsud istedadlı gimnastdır, gələcəyinin də parlaq olacağına inanıram.

- Bakıda qazandığın uğur səni yeni qələbələrə ruhlandırmalıdır. Qarşıdakı hədəflər nədir?
- Mən özümü şanssız idmançı sayırdım. Həmişə böyük yarışlarda medaldan cüzi fərqlə aralı düşüb 4, 6-cı yerləri tutmuşam. Birdən-birə Bakıda ikinci yer tutmağım, əlbəttə, çox böyük stimul oldu. Bu il mayın sonunda İtaliyada Avropa çempionatı, noyabrda isə Sofiyada dünya çempionatı və dünya yaş qrupları yarışları olacaq. Qitə çempionatında, nəhayət, medal qazanmaq istəyirəm. Dünya çempionatı və dünya yaş qrupları yarışlarının isə yalnız birinə qatılmaq imkanım var. Buna məşqçilər qərar verəcək.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2026
13:17

Azərbaycan yığmaları yarımfinal oyunlarına çlxlr

12:44

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:22

1966-cı ildən bəri hələ belə sonluq görünməmişdi

01:04

DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

13 İyun 2026
23:39

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X