Karate üzrə 2023-cü il Avropa çempionatının ev sahibliyi Rusiyadan alınıb.
Fanat.Az Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Avropa Karate Federasiyasının (EKF) növbədənkənar iclasında qərar qəbul olunub.
Videokonfrans formatında keçirilmiş toplantıda WKF və EKF prezidenti Antonio Espinos, həmçinin Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edib.
Qurum qitə çempionatının təşkili üçün alternativ ölkə axtarır. Yarışın yeni ev sahibi növbəti həftələrdə açıqlanacaq.
Sahib