11:46 28.02.2014 855

Ağ-qara oyun (KÖŞƏ)

Ukraynanı gördüz dəə...  Vəziyyətləri çox xarabdı. Rusiyanın caynağından çətin xilas olalar. Gürcüstan nümunəsi var ortada.  Hələki “Krım qozu” ilə “xod edən” Rusiyanın kim bilir əlində neçə “tuz”u var. Deyəcəksiz “Tuz”un bura nə dəxli? Həə... Tuz  ki, var ha, pokerdə təki ilə də blef etmək olur. Cüt oldusa əla, üçləşdisə oyunu apardın. 

Deyəcəksiz “Tuz”un, Ukraynanın, Gürcüstanın futbola nə dəxli? Gürcüstanla Ukraynada olanların futbola dəxli yoxdu, elə-belə dedim. Futbola dəxli olansa “tuz”du ki, onunla da Böyükağa Hacıyev oynamağı sevib və öyrəşib. Tək olanda blef edib, cüt olanda “xod gedib”, üç olanda oyunu aparıb. Bunlar hamsı keçmişdə idi. 20-ci turdan “əli gətirməyən” Hacıyevin artıq kartı oxunub. Getmək vaxtıdı, nə may? Azərbaycan futbolunun ən uğurlu tarixini yazan məşqçi, özünü xərcləməklə məşğuldu. Səni hələ də sevirik, bəy, amma vaxt gəlib, getməlisən. Artıq masaya qoyulası qrup mərhələsi, çempionluq, kubokdu ki, gec olmadan onları götür oyundan çıx. Dövrünün əla oyunçusu oldun. Arif Əsədovu, Tərlan Əhmədovu, Nazim Süleymanovu qaldırdın bu masadan. Sənin də qalxmaq vaxtın gəldi. İddialı olmağın həmişə xoşuma gəlib, amma dediklərini edəsən gərək. Etmədin. Deyirdin “Neftçi” hazır maşındı, benzin tök sür. Nə oldu? Təkəri buraxdı? Yoo, “qluşitel”ində səs var.

Çempionatın əvvəlindən “Neftçi”nin bu heyətlə Avropa Liqasına getməsinə belə şübhə edirdim. Bunu dostum Gündüz Abbaszadəyə də, Tahir Süleymanova da demişdim. Təsdiqləyə bilərlər. Mütləq komandaya transfer lazım idi. Biz çempion olacağıq deyirdilər. Di gedin olun! 

Avrozonadan uzaqlaşırsız  e ... 

İndi ayılıblar. Flaviniyonu Kanalesə elçi göndərirlər. Niyə göndərirdiz ki, niyə də qaytarırsız? Eşşəyə minmək bir ayıb, barı düşüb ikinci ayıbı etməyin. Yeni Kanales tapın. Bunu da bura yazıram. Kanales qayıdıb həmin futbolu oynamayacaq. Məğlubiyyətlərin günahını AFFA-da, PFL-də, hakimlərdə yox, klubda axtarmaq lazımdı. Böyükağa Hacıyev klub prezidentinə müşavir təyin edildikdən sonra apardığı siyasətin qurbanıdı “Neftçi”. “Bu komandaya transfer lazım deyil” kimi məsləhətləri ilə Sadıq Sadıqovu da inadırmağı bacaran Hacıyev, Süleymanovu devirdi. İndi əli ilə qazdığı quyuya özü yuvarlanır. Elə bilirsiz  Böyükağa bəyin “Mayda gedirəm” deməsi öz istəyidi. Xeyr! Hacıyevin bu il Antalyada verdiyi açıqlamada “göndərməsələr bir daha istefa vermərəm” demişdi. Zarafat etmirdi, içindən gələn sözlər idi. Artıq Hacıyevin qələmi qırılıb. Sadəcə şans verilib ki, çıx belə de. Yəni, hörmətli get. Bu da Böyükağa Hacıyevin oynadığı ağ-qara oyunun sonuncu qara zolağı. Son! 

P.S. “Qarabağ”la oyundan öncə yazdım.

Əli Sahib
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2024
01:02

AÇ-2024:Avstriya və İngiltərə qrup lideri qismində 1/8 finala yüksəldilər

00:06

Niderland - Avstriya matçının ən yaxşı oyunçusu açıqlandı

25 İyun 2024
22:00

Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

21:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:10

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

20:20

"Bitdi, mən artıq yoxam" - Poqba təslim oldu

19:30

"Turan Tovuz"da rusiyalı qapıçı

18:40

"Səbail"in Ərzurumdakı sonuncu rəqibi müəyyənləşdi

18:19

Polşa Futbol Assosiasiyası Mixal Probejlə bağlı qərarının verdi

17:57

Rossi və Botka üz sümükləri qırılan futbolçunu ziyarət etdilər - FOTO

17:18

Elsner Fransa klubundan getdi - RƏSMİ

17:09

"Qəbələ"də yeni məşqçi

17:00

38 yaşlı Yanqla müqavilə yenilədilər

16:52

AFFA 2 kluba texniki məğlubiyyət verdi

16:43

"Avstriyanı qiymətləndirməmək olmaz" - Ronald Kuman

16:25

İran millisinin hücumçusu İtaliya nəhənginə keçdi

15:57

"Real"ın kapitanı getdi - RƏSMİ

15:40

"Qəbələ" kapitanı ilə müqaviləni yenilədi

15:30

Ilk depozitdə 100 % Free Bet qazanmaq şansını qaçırma!

15:22

"Şamaxı" sıralarına portuqaliyalı futbolçu cəlb etdi - RƏSMİ

15:04

İspaniya Avropa çempionatları tarixində bunu bacaran ikinci komanda oldu

14:47

Mbappe Polşa ilə oyuna Polşa şirkətinin hazırladığı bu maskada çıxacaq - FOTO

14:28

"Çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər" -Silvinyo

14:10

"Mən əbədi olaraq futbol oynamaq istəyirəm" -Luka Modriç

13:53

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirildi

13:41

"Neftçi" rusiyalı legionerlə vidalaşdığını açıqladı

13:26

"Oyunlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur"

13:08

"Azarkeşlərimizə görə çox məyusam" -Zlatko Daliç

12:50

Kvaratsxeliya PSJ ilə anlaşdı - İldə bu qədər qazanacaq

12:33

"Bu gün zirvədə ola bilərsən, amma..." - Luis de la Fuente

11:54

"Sabah" sabiq legionerini qaytardı

11:37

Azərbaycanlı funksioner Paris-2024-ün Təşkilat Komitəsində

11:18

Roberto De Dzerbinin yeni iş yeri bilindi

11:00

Kurban Berdıyev “Turan Tovuz”da️ - RƏSMİ

10:44

"Neftçi"də yeni baş icraçı direktor - RƏSMİ

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Albaniya – İspaniya matçının ən yaxşı oyunçusu müəyyənləşdi

09:47

AÇ-2024: Nəticələr və təqvim

09:28

Xorvatiya – İtaliya matçının ən yaxşısı bəlli oldu

00:58

AÇ-2024: İspaniyadan maksimum nəticə, İtaliya məğlubiyyətdən son saniyələrdə xilas oldu

Facebookdan bizi izləməyi unutmayın.
X