Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığması hazırlıq çərçivəsində Azərbaycan millisi ilə yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun millimizin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.
Orxan Məmmədovun dubl etdiyi oyunda digər qollara Emin Mehdiyev və Elşad Manafov imza atıb. Bir qolu isə ərəblər öz qapısına vurub.
Qeyd edək ki, Küveyt millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 7-də, 8-də və 11-də daha üç oyun keçirəcək.