Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Veronika Brunoriyə 4:3 hesabı ilə qalib gələrək yarışın bürünc mükafatın sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycan karate millisinin Avropa çempionatında qazandığı ilk medaldır.