Azərbaycan karateçiləri Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət baş məşqçilər Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də oyunlara vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), İrina Zaretska (-68 kq) və Roman Heydərovdan (kata) ibarətdir.
7-17 İyul tarixlərində baş tutacaq Dünya Oyunlarının karate yarışları 8-9 İyulda keçiriləcək. Kişi və qadınlar kumite üzrə hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsində, həmçinin kata yarışlarında mübarizə aparacaqlar.