V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək karateçilər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kumite yarışlarında kişilərdən Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), qadınlardan İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) mübarizə aparacaq.
Fərdi kata yarışlarına Roman Heydərov və Zəhra Qurbanzadə, komanda kata çıxışlarına isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq.
Qeyd edək ki, İslamiada 9-18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq. Karate yarışları 17-18 avqustda keçiriləcək.