Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün karate yarışlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 6 təmsilçisi tatami üzərinə çıxacaq.
Onlardan Roman Heydərov kata, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), İnci Əzizova (50 kq), Mədinə Sadıqova (55 kq) isə kumite yarışlarında qüvvəsini sınayacaq.
Yarışlar Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanı İslamiadanın karate yarışlarında 15 idmançı təmsil edəcək.