"Çelsi"nin baş məşqçisi Tomas Tuxel komandasının bu mövsüm göstərdiyi oyundan razı deyil.
Fanat.Az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 5-ci turunda "Sauthempton"a uduzduqları matçdan (1:2) sonra "BT Sport"a açıqlamasında deyib: "Uduzmaqdan xoşum gəlmir. Cari mövsüm ikinci dəfə mğlub oluruq. Bizi yenmək çox asandır. Oyunumuzu pozmaq rəqiblər üçün asanlaşıb. "Lids"ə qarşı da belə oldu. Səbəbini anlamalı və çıxışyolu tapmalıyıq. Bu mövsüm oyunçularımın performansından razı deyiləm. Çünki onlar asan təslim olurlar".
Qeyd edək ki, "Çelsi" 5 oyundan 7 xalla 8-ci pillədə qərarlaşıb.