“Çelsi” Çempionlar Liqasına sensasiyalı nəticə ilə başlayaraq Zaqreb “Dinamo”suna uduzub (0:1).
Fanat.Az xəbər verir ki, "Barselona"nın futbolçusu Jül Kunde bu məğlubiyyətdən sonra London klubuna sataşıb.
Fransız müdafiəçi "Instagram"da belə paylaşım edib: "Az qala o komandaya keçirdim".
Kunde daha sonra paylaşımını silib.
Xatırladaq ki, mövsümlərarası fasilədə "Çelsi" Kundenin transferi ilə bağlı fəal danışıqlar aparırdı, lakin fransız sonda "Barselona"da qalmağa qərar verdi.
Mirağa