Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanan Eldəniz Əzizli Azərbaycan yunan-Roma güləşi tarixindəki rekorda şərik çıxıb.
Fanat.Az xəbər verir ki, karyerasında ikinci dəfə dünya çempionu olan 30 yaşlı idmançı bu göstəricidə Fərid Mansurova çatıb.
Əzizli daha əvvəl 2018-ci ildə mundialın baş mükafatına sahib çıxıb. Fərid Mansurov isə 2007 və 2009-cu illərdə eyni uğuru qazanıb.
Qeyd edək ki, Eldəniz Əzizli həmçinin ikiqat Avropa çempionudur. O, 2018 və 2022-ci illərdə qitənin ən güclüsü olub.