Azərbaycanın sərbəst güləşisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə polşalı Radoslav Marçinkieviçə 11:0 hesabıyla qalib gəlib.
Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub. Qadın güləşçilər isə yarışı əliboş başa vurub.