"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Premyer Liqanın VII turunda "Zirə"ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 4 qola imza atıb.
Gənc forvard Fanat.Az-a açıqlamasında pokerə imza atması ilə bağlı təəssüratlarını bölüşüb:
"Əsas komandada olmasa da, birinci divizionda poker etmişdim. "Qarabağ"ın əvəzedici komandasında çıxış edərkən bunu bacarmışdım. Əlbəttə ki, bunu əsas komanda ilə Premyer Liqada etməyin yeri başqadır. Fərqli hisslərdir. Şükürlər olsun ki, vurduğum qollarla komandama kömək etdim. Qarşıma məqsəd qoyuram ki, hər oyunda vurduğum qollarla komandama xeyir verə bilim. Düzdür, komandada kimin fərqlənməsinin o qədər də fərqi yoxdur. Əsas odur qələbə qazanaq. Amma yenə də qol vuranda, qələbədə yaxından iştirak edəndə daha xoş olur".
Mirağa