20:48 10.11.2022 5056

"O iranlını tək əllə də keçərdim" - AÇIQLAMA

"Mənim çəkimdəki iranlı zəif təsir bağışlayırdı. Bir az təkəbbürlü səslənə bilər, amma güləşsəydim, onu tək əllə də keçərdim".

Bu sözləri Fanat.Az-a açıqlamasında Azəebaycan yunan-Roma güləşi yığmasının 87 kiloqram çəki dərəcəsindəki üzvü İslam Abbasov milli komandamızın 5-6 noyabrda Bakıda keçirilən Dünya Kubokunda çıxışı barədə danışarkən deyib.

Zədə səbəbindən Konyadakı V İslam Həmrəyliyi Oyunlarını, Belqradda baş tutan dünya çempionatını və paytaxtımızda təşkil olunan sözügedən yarışı buraxmaq məcburiyyətində qalan 26 yaşlı ikiqat Avropa mükafatçısı Dünya Kubokunu izləyərkən keçirdiyini hisslərdən danışıb. Azərbaycan millisinin 2015-ci ildə Tehranda finalda Rusiya üzərində qələbə ilə qazandığı və tarixdə yeganə olan Dünya Kuboku birinciliyində həlledici rol oynayan "klassik" yığmanın hədəfə çatmasına yorğunluğun əngəl olduğunu qeyd edib:

"İnanın, gərginlikdən yarış keçirilən zala getmədim. Heç ekran qarşısında da doğru-düzgün izləyə bilmədim. Yaxşı formada olduğum vaxtda gözlənilməz zədə ilə üzləşdim, əməliyyat olundum. İslam Oyunlarını, dünya çempionatını ardınca da tarixdə ilk dəfə Bakıda keçirilən belə bir turniri buraxmaq məcburiyyətində qaldığım üçün çox əsəbiydim.  Mənim çəkimdəki İran güləşçisi çox zəif təsir bağışlayırdı. Bir az təkəbbürlü səslənə bilər, amma güləşsəydim, onu tək əllə də keçərdim. Hətta düşünürəm, aşağı çəkidəkilərdən biri - Sənan Süleymanov və ya Rafiq Hüseynov da onunla bacarardı. Məncə, həmin görüşə Laçın Vəliyev çıxmalıydı. Onun iranlı qarşısında qələbə şansı daha çox idi. Sadəcə, baş məşqçi Aleksandr Tarakanovun Murad Əhmədiyevin güləşməsini məqbul bilib. Təəssüf ki, nəticə bizim üçün yaxşı olmadı.

Taleh Məmmədovun o cür uduzacağını gözləmirdim. Üstəlik, Muradın zədələnməsi çox arzuolunmaz idi. 97 kilodakı Arif Niftullayevə ümidim var idi ki, son dünya çempionatındakı bürünc medaldan sonra daha inamlı, istəkli güləşər. Amma əksini müşahidə etdik. Ümumilikdə, məncə, komandamızda yorğunluq sözünü dedi. Ardıcıl iki böyük yarışdan sonra belə yarışa hazırlaşmaq asan deyildi".

Təcrübəli idmançı yarış meydanlarına qayıdacağı tarixi də açıqlayıb:

"Artıq sağalmışam. Bir neçə gündür ki, məşqlərə də başlamışam. Bunu tezləşdirmək, Dünya Kubokuna qatılmaq da olardı, sadəcə, belə məsləhət oldu ki, gözləyim. Düşünürəm, dekabrın sonunda olacaq Azərbaycan çempionatına qatılım. Ardınca da Avropa çempionatı və Olimpiadaya lisenziya xarakterli dünya çempionatı var. Bu il yaşadığım şanssızlığı həmin yarışlarda ən yaxşı nəticələrlə unutmaq istəyirəm". 

Xatırladaq ki, Azərbaycan millisi Dünya Kubokunun finalında İranla heç-heçə (5:5) etsə də, təsnifat xallarına əsasən rəqib komanda baş mükafata sahib çıxıb. 

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X