
Dünya futbolunun canlı əfsanəsi - Ronaldo Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində həmyerlisi Neymardan danışıb.
Fanat.Az xəbər verir ki, fenomenal veteranın dediklərini UEFA-nın rəsmi "Twitter" hesabı belə çatdırıb:
"Neymar inadkarlıq, texnika, rəngarənglik, sürət, qollar və parlaq fərdi bacarıq deməkdir. Onu Lionel Messi və Kriştianu Ronaldu ilə müqayisə etmək olar. Messi və Kriştianu yadplanetlilər olsalar belə..."
Qeyd edək ki, 30 yaşlı Neymar bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 20 oyuna çıxaraq 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisi noyabrın 20-də başlayacaq DÇ-2022-də Serbiya, İsveçrə və Kamerun milliləri ilə eyni qrupda mübarizə aparacaq.