
Belçika millisinin kapitanı Eden Hazar DÇ-2022-nin qrup mərhələsinin I turunda Kanada üzərində (1:0) qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "L`Equipe" 31 yaşlı vingerin sözlərini belə çatdırıb:
"Biz daha yaxşı oynaya bilərik. İlk matda qalib gəlmək həmişə xoşdur. Kanada yığmasının yaxşı oyunçuları var. Onları tanıyırıq, matçlarını izləmişdik. Əslində ilk hissəni yaxşı keçirtmədik, mübarizələrdə iştirak edə bilmədik.
İkinci hissə yaxşı keçdi. Ancaq daha yaxşı oynaya bilərdik. Şəxsən mən bilirdim ki, 90 dəqiqə oynamayacağam. Az vaxt iştirak etsəm də, bütün gücümü verməyə çalışdım".
Qeyd edək ki, F qrupunun digər matçında Xorvatiya Mərakeşlə 0:0 hesablı heç-heçə edib.
Röya